Bu məxfilik bildirişi Bing veb-saytları, xidmətləri, məhsullarına və məlumatları toplayan və bu terminləri göstərən proqramlara aid edilir. Bu, Bing Məxfilik Bildirişini əlaqələndirməyən digər Microsoft məhsulları və xidmətlərinə aid edilmir.
Əksər Microsoft veb saytları sizin sərt diskinizə yerləşdirən domendə veb server tərəfindən oxuna bilən kiçik mətn faylları olan "kukilərdən" istifadə edirlər. Biz sizin seçimlərinizi və parametrlərinizi saxlamaq; daxil olmanıza kömək etmək; seçilmiş reklamların təmin olunması; və sayt əməliyyatlarını təhlil etmək üçün kukilərdən istifadə edə bilərik.
Biz həmçinin kukilərin çatdırılması və analizlərin toplanması üçün veb mayaklardan istifadə edirik. Buraya sizin şəxsi məlumatlarınızı toplaması qadağa edilmiş üçüncü tərəfin veb mayakları daxil ola bilər.
Sizin kukilərə və bənzər texnologiyalara nəzarət etməyiniz üçün bir sıra vasitələriniz vardir. Bura daxildir:
Bizim Kukilərdən İstifadəmiz
Əksər Microsoft veb saytları veb server tərəfindən sizin sərt diskinizə yerləşdirilən kiçik mətn faylları olan "kukilər"dən istifadə edir. Kukilər onları sizə vermiş domendə veb server tərəfindən oxuna bilən mətni ehtiva edir. Bu mətn adətən kompüterinizi unikal şəkildə müəyyən edən rəqəm və ya hərflər sətrindən ibarət olsa da, başqa məlumatları da ehtiva edə bilər. Aşağıda bizim veb saytlarımızdan birinə daxil olduğunuz zaman Microsoftun sizin sərt diskinizdə yerləşdirmiş ola biləcəyi kukidəki mətndən nümunə göstərilmişdir: E3732CA7E319442F97EA48A170C99801
Biz kukilərdən aşağıdakı məqsədlərlə istifadə edə bilərik:
Bizim geniş şəkildə istifadə etdiyimiz kukilərdən bəziləri aşağıdakı diaqramda göstərilmişdir. Bu müfəssəl siyahı olmasa da, kukilərdən nə üçün istifadə etdiyimizi izah etməyi nəzərdə tutur. Siz hər hansı bir vebsayta daxil olsanız həmin sayt aşağıdakı kukilərdən bəzilərini və ya hamısını təyin edə bilər:
Microsoft vebsaytlara daxil olduğunuzda qurmuş ola biləcəyi kukilərdən əlavə, siz Microsoft vebsaytlarına daxil olduğunuz zaman üçüncü tərəflər də sizin sərt diskinizə müəyyən kukilər yerləşdirə bilər. Bəzi hallarda bunun səbəbi tərəfimizdən müəyyən xidmətlərin göstərilməsi, məsələn, saytın analizi üçün üçüncü tərəfin xidmətlərindən istifadə etməyimizdir. Digər hallarda isə səbəb bizim vebsaytımız üçüncü tərəflərə dair məzmun və reklamların, məsələn, videolar, xəbərlər və ya digər reklam şəbəkələrinin təmin etdiyi reklamları ehtiva edir. Sizin brauzeriniz məzmunun əldə edilməsi üçün üçüncü tərəfin veb serverlərinə bağlandığı üçün həmin üçüncü tərəflər sizin sərt diskinizə özlərinin yerləşdirdikləri kukiləri təyin edə və oxuya bilərlər.
Kukiləri necə idarə etməli
Məsələn, Internet Explorer 9-də siz aşağıdakı addımları atmaqla kukiləri bloklaya bilərsiniz:
Digər brauzerlərdəki kukiləri silmək üçün təlimatlar http://www.allaboutcookies.org/manage-cookies/-da vardır.
Məlumunuz olsun ki, əgər siz kukiləri bloklamağı seçirsinizsə, siz Microsoftun kukilərdən asılı interaktiv funksiyaları olan sayt və xidmətlərindən istifadə edə bilməyəcəksiniz və kukilərdən asılı olan bəzi reklam parametrləri də sizin üçün qapalı ola bilər.
Məsələn, Internet Explorer 9-da siz aşağıdakı addımları atmaqla kukiləri silə bilərsiniz:
Məlumunuz olsun ki, əgər siz kukiləri silmək seçimini edirsinizsə, reklam seçimləri də daxil olmaqla, həmin kukilər tərəfindən idarə olunan istənilən parametrlər və tənzimləmələr silinəcəkdir və onları yenidən yaratmaq lazım olacaqdır.
"İzləməmə" və İzləmənin mühafizəsi üçün Brauzer idarə elementləri. Bəzi yeni brauzerlərə "İzləməmə" funksiyaları daxil edilmişdir. Bu funksiyaların bir çoxu aktiv edildikləri zaman daxil olduğunuz vebsaytlara sizin izlənməsini istəmədiyinizi göstərən siqnal və ya parametrləri göndərir. Bu istəyinizi bildirməyinizə baxmayaraq həmin saytlar (ya da həmin saytlardakı üçüncü tərəf məzmunu) saytların məxfilik təcrübələrindən asılı olaraq sizin izlənmə kimi gördüyünüz bir sıra fəaliyyətlər apara bilərlər.
Internet Explorer 9 və 10-da daxil olduğunuz vebsaytların sizin ziyarətiniz haqda üçüncü tərəf mövzu təchizatçılarına avtomatik şəkildə məlumat göndərməsinin qarşısını almağa kömək edən İzlənmənin Mühafizəsi funksiyası vardır. İzlənmənin Mühafizəsi Siyahısını əlavə etdiyiniz zaman Internet Explorer bloklanacaq saytlar siyahısına daxil olan saytlardan gələn kukilər daxil olmaqla üçüncü tərəf məzmununu bloklayacaq. Internet Explorer bu saytlara çağırışları məhdudlaşdırmaqla bu üçüncü tərəf saytların sizinlə bağlı toplaya biləcəyi məlumatları məhdudlaşdıracaq. Və siz İzlənmənin Mühafizəsi Siyahısını aktiv etdiyiniz zaman Internet Explorer ziyarət etdiyiniz vebsaytlara İzləməmə siqnal və ya parametri göndərəcəkdir. Bundan əlavə, Internet Explorer 10-da siz istəsəniz DNT siqnalını müstəqil olaraq söndürə və ya işə sala bilərsiniz. İzlənmənin Mühafizəsi Siyahıları və İzləməmə haqqında əlavə məlumat əldə etmək üçün Internet Explorer məxfilik bəyannaməsi və ya Internet Explorer Köməyə baxmağınız xahiş olunur.
Ayrı-ayrı reklam şirkətləri həmçinin öz imtina imkanlarını və daha üstün reklam seçimlərini təklif edə bilərlər. Məsələn, Microsoftun reklam seçimləri və dayandırma üzrə idarə elementləri http://choice.live.com/advertisementchoice/ saytında vardır. Xahiş edirik nəzərdə saxlayasınız ki, imtina reklam qəbul etmənizin dayandırılması və ya daha az reklam görməniz demək deyildir; bununla belə imtinanı seçdiyiniz halda qəbul etdiyiniz reklamlar artıq seçilmiş reklamlar olmayacaq. Bundan əlavə, imtina etməyiniz məlumatların bizim serverlərə getməsini dayandırmayacaq, lakin bu davranışa görə reklamlar üçün istifadə edilə biləcək profillərin yaradılması və yenilənməsini dayandıracaq.
Veb Mayaklardan İstifadəmiz
Microsoft Veb səhifələrində Veb Mayaklar kimi tanınan elektron təsvirlər mövcud ola bilər - bəzən onlar tək-pikselli gif fayllar adlanır - onlar kukilərin bizim saytlarımıza çatdırılmasında, eləcə də bizim səhifələrimizi ziyarət etmiş istifadəçiləri saymağa və ortaq brendli xidmətləri göstərməyə imkan verir. Biz sizə göndərilmiş mesajlarımızn açılıb-açılmamasını yoxlamaq üçün veb mayakları reklam e-poçt mesajlarına və ya bülletenlərimizə daxil edə bilərik.
Biz həmçinin Microsoft saytlarında reklam yerləşdirmiş şirkətlərin saytlarında edilmiş alqıların tezliyi haqqında statistik məlumat toplamaq məqsədilə, belə saytlara və ya reklamlara veb mayaklar yerləşdirərək, Microsoft saytlarında reklam yerləşdirən şirkətlərlə işləyə bilərik.
Nəhayət, Microsoft bizim reklam kampaniyalarımızın və saytlarımızın digər əməliyyatlarının effektivliyini yoxlamaq üçün statistik məlumatların toplanmasında yardım məqsədilə üçüncü tərəflərin veb mayaklarından istifadə edə bilər. Bu veb mayaklar üçüncü tərəflərə sizin kompüterinizə kukilər yerləşdirmək və ya onları oxumaq imkanı verə bilər. Biz üçüncü tərəflərin veb mayaklarının bizim saytlarımızda sizin şəxsi məlumatlarınızın toplanması və onlara daxil olmaqda istifadə edilməsini qadağan edirik. Bununla belə, siz hər bir analitika təchizatçısının linkinə klikləyərək bu üçüncü tərəf analitika şirkətlərinin məlumat toplaması və ya məlumatlardan istifadəsini dayandıra bilərsiniz:
Digər Oxşar Texnologiyalar
Standart kukilərə və veb mayaklara əlavə olaraq, vebsaytlar sizin kompüterinizdə verilənlər fayllarını saxlamaq və ya oxumaq üçün digər texnologiyalardan istifadə edə bilər. Bu sizi seçimlərinizi saxlamaq və ya müəyyən faylların lokal olaraq yerləşdirilməsi ilə sürəti və məhsuldarlığı artırmaq üçün həyata keçirilə bilər. Lakin standart kukilər kimi onlar həmçinin kompüterinizdə sonradan izlənmə davranışı kimi istifadə oluna biləcək unikal identifikatorun saxlanması üçün istifadə oluna bilər. Bu texnologiyalara Yerli Paylaşılan Obyektlər (və ya "Fləş kukilər") və Silverlight Proqram Anbarı daxildir.
Yerli Paylaşılan Obyektlər və ya "Fləş kukilər". Adobe Fləş texnologiyalarından istifadə edən vebsaytları məlumatları kompüterinizdə saxlamaq üçün Yerli Paylaşılan Obyektlərdən və ya "Fləş kukilərdən" istifadə edə bilər. Nəzərdə saxlayın ki, Fləş kukilərin təmizlənməsi brauzerinizin standart kukilərə dair parametrləri ilə idarə edilə və ya edilməyə bilər ki, bu da brauzerlərin növündən asılı olaraq dəyişə bilər. Fləş kukilərin idarəedilməsi və ya bloklanması üçün http://www.macromedia.com/support/documentation/en/flashplayer/help/settings_manager.html vebsaytına keçin.
Silverlight Proqram Anbarı. Microsoft Silverlight texnologiyasından istifadə edən vebsayt və proqramlar həmçinin Silverlight Proqram Anbarından istifadə edərək məlumatları saxlama qabiliyyətinə malikdir. Belə anbarların necə idarə edilməsi və ya bloklanması haqqında məlumat əldə etmək üçün Silverlight səhifəsini ziyarət edin.
Microsoft effektiv şəkildə işləmək və sizi ən yaxşı məhsul, xidmət və təcrübələrlə təmin etmək üçün bir çox məlumat toplayır.
Biz sizin qeydiyyatdan keçdiyiniz, hesabınıza daxi olduğunuz və bizim sayt və xidmətlərimizdən istifadə etdiyiniz zaman məlumat toplayırıq. Biz həmçinin digər şirkətlərdən də məlumat əldə edə bilərik.
Biz bu məlumatları müxtəlif yollarla, o cümlədən veb anketlər, kukilər kimi texnologiyalar, saytlara daxil olma və kompüter və ya qurğunuzdakı proqram təminatları vasitəsilə toplayırıq.
Microsoft effektiv şəkildə işləmək və sizi ən yaxşı məhsul, xidmət və təcrübələrlə təmin etmək üçün bir çox məlumat toplayır. Bu məlumatlardan bəzilərini bizə birbaşa olaraq siz təmin edirsiniz. Onların bəzilərini bizim məhsul və xidmətlərimizdən necə istifadə etdiyinizi müşahidə edərək əldə edirik. Onlardan bəzilərini başqa mənbələrdən əldə edirik və onları birbaşa topladığımız məlumatlarla birləşdirə bilərik. Məlumatın mənbəyindən asılı olmayaraq, sizin məxfiliyinizi qorumaq məqsədi ilə məlumatlarla ehtiyatlı davranmaq lazım olduğuna inanırıq.
Biz nəyi toplayırıq:
Biz necə məlumat toplayırıq:
Biz sizin bizim vebsayt və xidmətlərimizdən necə istifadə etdiyinizə dair məlumat toplamaq üçün aşağıdakı bir sıra üsul və texnologiyalardan istifadə edirik:
Microsoft bizim təklif etdiyimiz xidmətləri həyata keçirmək, təkmilləşdirmək və fərdiləşdirmək üçün bizim topladığımız məlumatlardan istifadə edir.
Həmçinin biz də məlumatlardan sizinlə ünsiyyət saxlamaq üçün, məsələn hesab və təhlükəsizliyiniz barədə yenilənmələrdən sizi xəbərdar etmək üçün istifadə edə bilərik.
Həmçinin məlumatlardan bizim reklam dəstəkləyən xidmətlərimizdə reklamları daha müvafiq şəkildə görmənizə kömək etmək üçün istifadə edə bilərik.
Microsoft bizim təklif etdiyimiz xidmətləri həyata keçirmək, təkmilləşdirmək və fərdiləşdirmək üçün bizim topladığımız məlumatlardan istifadə edir. Microsoftla əlaqələrinizdə sizə daha dolğun və şəxsə özəl xidmət təqdim etmək üçün Microsoft xidməti vasitəsilə əldə edilmiş məlumat digər Microsoft xidmətləri vasitəsilə əldə edilmiş məlumatlarla birləşdirilə bilər. Biz həmçinin bu məlumatları digər şirkətlərdən də əldə edə bilərik. Məsələn, biz müəyyən xidmətləri sizin coğrafi sahənizə uyğun şəkildə təqdim etmək üçün sizin İP ünvanınıza əsaslanaraq, ümumi coğrafi sahəni müəyyənləşdirmək imkanı verən şirkətlərin xidmətlərindən istifadə edə bilərik.
Həmçinin biz də məlumatlardan sizinlə ünsiyyət saxlamaq üçün, məsələn sizin abunəliyinizin bitməsi, təhlükəsiz yenilənmələrin mümkün olduğu vaxtlar və ya hesabınızı aktiv saxlamaq üçün nə zaman tədbir görməniz lazım olduğu haqda məlumatlandırmaq üçün istifadə edə bilərik.
Reklam ilə dəstəkləndikləri üçün Microsoft bizim bir çox sayt və xidmətlərimizi təmin edir. Bu xidmətlərin mümkünlüyünü artırmaq üçün bizim topladığımız məlumatlar gördüyünüz reklamları təkmilləşdirərək sizə daha müvafiq etmək məqsədilə istifadə edilə bilər.
Hazırkı məxfilik bəyannaməsində göstərilən hallar istisna olmaqla biz sizə dair məlumatları sizin razılığınız olmadan üçüncü tərəflərə açıqlamayacağıq.
Microsoftun filialları və yardımçı şirkətləri daxil olmaqla məlumatları açıqlaya biləcəyimiz vaxta dair təfərrüatlı məlumatlar əldə etmək üçün; qanunla tələb olunduğu zaman və ya hüquqi proseslərə cavab vermək üçün; saxtakarlıqla mübarizə və maraqlarımızın qorunması üçün; və ya həyatların mühafizəsi üçünDigər Mühüm Məxfilik Məlumatları səhifəsinə baxmanızı xahiş edirik.
Şəxsi məlumatların paylaşılması və ya açıqlanmasına dair əlavə məlumat əldə etmək üçün buraya klikləyin:
Bəzi Microsoft xidmətləri şəxsi məlumatlarınızı onlayn rejimdə görüntüləmək və redaktə etmək imkanı verir. Sizin şəxsi məlumatınızın başqaları tərəfindən baxılmasının qarşısının alınmasına kömək etmək üçün sizdən sistemə daxil olmaq tələb olunacaqdır. Şəxsi məlumatınıza daxil olma üsulu sizin hansı saytlardan və ya xidmətlərdən istifadə etməyinizdən asılıdır.
Microsoft.com - Siz Microsoft.com Profil Mərkəzinə daxil olmaqla, microsoft.com saytında profilinizə daxil ola və oradakı məlumatlarınızı yeniləyə bilərsiniz.
Microsoft Ödəniş Məlumatları və Hesab Xidmətləri - Sizin Microsoft Ödəniş Məlumatı hesabınız varsa, siz öz məlumatınızı Microsoft Ödəniş veb saytına daxil olub, "Şəxsi Məlumat" və ya "Ödəniş Məlumatı" linklərinin üzərinə basaraq yeniləyin.
Microsoft Əlaqə - Əgər siz Microsoft Əlaqə xidmətinin qeydiyyatdan keçmiş üzvüsünüzsə, siz öz şəxsi məlumatınızı Microsoft Əlaqə veb saytında Əlaqə Profilinizi İdarə Et linkinə daxil olmaqla redaktə edə bilərsiniz.
Windows Live - Əgər siz Windows Live xidmətlərindən istifadə etmirsinizsə, siz Windows Live Hesab Xidmətlərinə daxil olmaqla, profil məlumatınızı yeniləyə, parolunuzu dəyişə, öz göstəricilərinizə uyğun olan unikal identifikasiya göstəricinizi nəzərdən keçirə və ya müəyyən hesabları bağlaya bilərsiniz.
Windows Live İctimai Profili - Əgər siz Windows Live-də ictimai profil yaratmısınızsa, öz Windows Live profilinizə daxil olmaqla, siz ictimai profilinizdəki məlumatı nəzərdə keçirə və yeniləyə bilərsiniz.
Axtarış Reklamları - Əgər siz Microsoft Reklamları vasitəsilə axtarış reklamı alırsınızsa, siz öz şəxsi məlumatlarınızı Microsoft Reklam Mərkəzi veb Saytında nəzərdən keçirə və redaktə edə bilərsiniz.
Microsoft Partnyor Proqramları - Əgər siz Microsoft Partnyor Proqramları üçün qeydiyyatdan keçmisinizsə, siz Partnyor Proqram veb saytında Hesabını İdarə Et linkinə daxil olmaqla, şəxsi məlumatlarınızı nəzərdən keçirə və redaktə edə bilərsiniz.
Xbox - Əgər siz Xbox LIVE və ya Xbox.com istifadəçisinizsə, Xbox 360 və ya Xbox.com saytında Mənim Xboxuma daxil olmaqla, hesab, ödəniş haqqında məlumat, məxfilik seçimləri, onlayn təhlükəsizlik və məlumatların paylaşılması üstünlükləri də daxil olmaqla, şəxsi məlumatlarınızı nəzərdən keçirə və redaktə edə bilərsiniz. Hesabınız haqqında məlumat üçün Mənim Xboxumu seçin və Hesablara daxil olun. Şəxsi məlumat parametrləri üçün Mənim Xboxum, Profil və sonra Onlayn Təhlükəsizlik Parametrlərini seçin.
Zune - Əgər sizin Zune hesabınız varsa və ya siz Zune Pass abunəçisisinizsə, öz şəxsi məlumatınıza Zune.net linkində daxil ola və onu redaktə edə bilərsiniz (girişi həyata keçirin, Zune tagınıza daxil olun, daha sonra Mənim Hesabım və ya Zune proqramına (girişi həyata keçirin, Zune tagınıza daxil olun və Zune. net profili seçin) daxil olun).
Microsoft saytları və xidmətləri tərəfindən toplanılmış məlumatınıza daxil ola bilmədiyiniz halda, həmin saytlar və xidmətlər sizə öz məlumatınıza daxil olmaq üçün başqa yollar təklif edə bilər. Siz veb blankından istifadə edərək Microsoftla əlaqə saxlaya bilərsiniz. Şəxsi məlumatlarınıza daxil olmaq və ya onları silmək üçün tələblərə 30 gün ərzində cavab verəcəksiniz.
Microsoft saytı yaşla bağlı məlumat topladığı zaman yaşı 13-dən aşağı olan istifadəçiləri bloklayacaq və ya uşaqların istifadəsindən əvvəl valideyn və ya qəyyumun razılığını əldə edəcək.
Razılıq əldə edildikdən sonra uşağın hesabı digər istifadəçilərlə kommunikasiya imkanının olması ilə yanaşı digər hesablar kimi olacaq.
Valideynlər məxfilik bəyannaməsində göstərildiyi kimi bu razılığa dəyişikliklər edə və onu ləğv edə bilər.
Microsoft saytı yaşla bağlı məlumat topladığı zaman ya yaşı 13-dən aşağı olan istifadəçiləri bloklayacaq və ya onlardan valideyn və ya qəyyumun razılığını əldə etməsini istəyəcək. Biz həmçinin yaşı 13-dən aşağı olan uşaqlardan xidmətin təmin edilməsi üçün lazım olan məlumatlardan daha çox məlumat daxil etmələrini istəyəcəyik.
Razılıq əldə edildiyi zaman uşağın hesabı digər hesablar kimi olacaq Uşaq e-mail, ani mesajlaşma və onlayn mesaj kimi kommunikasiya xidmətlərinə girişə malik olacaq və digər hər yaşda olan istifadəçilərlə pulsuz ünsiyyət qura biləcək.
Valideynlərin əvvəllər etdikləri seçimləri və təsdiqləri dəyişmək, habelə övladlarının şəxsi məlumatlarını nəzərdən keçirmək, redaktə etmək və ya onları ləğv etmək ixtiyarları vardır. Misal üçün valideynlər Windows Live proqramlnda öz Hesablarına daxil ola və "Valideyn İcazələrinin" üzərindəki linklərə basın.
Microsoft saytlarının bir çox onlayn reklamları Microsoft Reklam Xidməti vasitəsilə görüntülənir. Biz sizə onlayn reklam nümayiş etdirərkən, kompüterinizi təsbit edə bilmək üçün sizin kompüterinizə bir və daha çox kuki yerləşdirəcəyik. Vaxt keçdikcə reklam xidməti göstərdiyimiz saytlardan məlumat toplaya və daha müvafiq reklam təmin etmək üçün həmin məlumatlardan istifadə edə bilərik.
Siz Microsoft Reklam Xidmətindən seçilmiş reklamların qəbulunun dayandırlması üçün bizim dayandırma səhifəmizə daxil ola bilərsiniz.
Bizim bir çox veb saytlarımız və onlayn xidmətlərimiz reklamlar vasitəsilə dəstəklənir.
Microsoft saytları və xidmətlərində olan reklamların əksəriyyəti Microsoft Reklam Xidməti tərəfindən nümayiş etdirilir. Biz sizə onlayn reklam nümayiş etdirərkən, hər dəfə sizin üçün reklam nümayiş etdirərkən kompüterinizi təsbit edə bilmək üçün sizin kompüterinizə bir və daha çox kukilər yerləşdirəcəyik. Biz öz vebsaytlarımızda, habelə reklam və nəşriyyatçı partnyorlarımızın vebsaytlarında reklam xidməti göstərdiyimizə görə, biz sizin kompüterinizdə açılan səhifələr, məzmun və reklamlar haqqında məlumat toplaya bilirik. Bu məlumat bir çox məqsədlər üçün istifadə olunur, məsələn bu bizə sizin davamlı olaraq eyni reklamları görməməyinizi təmin etməyə yardım edir. Biz həmçinin bu məlumatı sizin üçün maraqlı olan reklamları seçmək və nümayiş etdirmək üçün istifadə edirik.
Siz Microsoft Reklam Xidmətindən seçilmiş reklamların qəbulunun dayandırlması üçün bizim dayandırma səhifəmizə daxil ola bilərsiniz. Microsoft Reklam Xidmətinin məlumatı toplaması və istifadəsi haqqında əlavə məlumat üçün Microsoft Reklam Xidməti Məxfilik Bildirişinə baxmağınızı xahiş edirik.
Biz həmçinin, reklam şəbəkələri də daxil olmaqla, üçüncü tərəf reklam şirkətlərinə bizim saytlarımızda reklam nümayiş etdirmək imkanı veririk. Bəzi hallarda, belə üçüncü tərəflər sizin kompüterinizdə kukilər yerləşdirə bilər. Hazırda belə şirkətlərə daxildir: 24/7 Real Media, adblade, AdConion, AdFusion, Advertising.com, AppNexus, Bane Media, Brand.net, CasaleMedia, Collective Media, InMobi, Interclick, Jumptap, Millennial Media, nugg.adAG, Mobclix, Mojiva, SpecificMedia, Tribal Fusion, ValueClick, Where.com, Yahoo!, YuMe, Zumobi. Belə şirkətlər öz kukilərinə əsaslanan reklamların sizə çatdırılmasının dayandırılması seçimini təklif edə bilər. Siz adları yuxarıda qeyd edilən şirkətlərin adlarının üzərinə basmaqla və hər bir şirkətin linkinə daxil olmaqla, onlar haqqında daha ətraflı məlumat əldə edə bilərsiniz. Onların bir çoxu həm də Şəbəkə Reklam Təşəbbüsü və ya Rəqəmsal Reklam Alyansının üzvüdür ki, bunların hər biri iştirakçı şirkətlərin reklamlarının qəbul edilməsindən asan imtina üsulları təklif edirlər.
Microsoft saytlarının və ya xidmətlərinin gələcəkdə reklam e-poçtlarının göndərməsini aldığınız e-poçtda göstərilən təlimatlarına əməl edərək dayandıra bilərsiniz. Müvafiq xidmətdən asılı olaraq, sizin həmçinin məxsusi Microsoft saytları və xidmətlərindən göndərilən reklam e-poçtları, telefon zəngləri və poçt məktublarının qəbulu barədə effektiv seçimlər etmək imkanınız ola bilər.
Bizdən reklam məqsədli e-poçtlar qəbul edirsinizsə və gələcəkdə onların qəbulunu dayandırmaq istəyirsinizsə bunun üçün həmin e-poçtda bu barədə göstərilən təlimatlara əməl edin.
Müvafiq xidmətdən asılı olaraq, sizin həmçinin aşağıdakı səhifələrə daxil olmaqla məxsusi Microsoft saytları və xidmətlərindən göndərilən reklam e-poçtları, telefon zəngləri və poçt məktublarının qəbulu barədə effektiv seçimlər etmək imkanınız vardır:
Bu seçimlər onlayn reklam nümayişinə şamil olunmur: bu məsələ ilə bağlı "Reklamların Nümayişi (Dayandırma)" bölməsinə istinad etməyinizi xahiş edirik. Bu həmçinin sizin vaxtaşırı qəbul etdiyiniz (əgər xidmətdən imtina etməmisinizsə) müəyyən Microsoft xidmətlərinin bir hissəsi sayılan müəyyən xidmət kommunikasiyalarına da şamil olunmur.
Siz coğrafi mövqe ilə bağlı xidmət və ya funksiyadan istifadə edərkən mobil rabitə qüllələrinin verilənləri, Wi-Fi verilənləri və qlobal peyk naviqasiya sistemi (GPS) verilənləri Microsofta göndərilə bilər. Microsoft şirkəti sizin müraciət etdiyiniz xidmətləri təqdim etmək və ya təcrübənizi fərdiləşdirmək və Microsoft məhsullarını və xidmətlərini təkmilləşdirmək məqsədilə coğrafi mövqe haqqında məlumatdan istifadə edir.
Müəyyən xidmətlər coğrafi mövqe haqqında məlumatlar Microsofta göndərilən zaman və ya digərlərinə açıqlanmasına nəzarət etməyə imkan verə bilər. Bəzi hallarda, coğrafi mövqe haqqında məlumat xidmət üçün vacib olur və coğrafi mövqe haqqında məlumatım göndərilməsini dayandırmaq funksiyasının ləğv edilməsini və ya xidmətinin dayandırılmasını tələb edə bilər. Coğrafi mövqe funksiyasının necə söndürülməsi haqqında məlumat üçün cihazınızla gələn sənədlərə istinad edin.
Dəstəklə bağlı məlumatlar dəstəklə bağlı sorğu təqdim etdiyiniz və ya avtomatlaşdırılmış nasazlıqları aşkarlayanı, o cümlədən, avadanlıq, proqram təminatı və aşağıdakılar kimi dəstək hadisəsi ilə bağlı digər təfərrüatlar haqqında məlumatı icra etdiyiniz zaman topladığımız məlumatlardır: əlaqə və ya əsilliyin yoxlanması ilə bağlı məlumat, söhbət seansının fərdiləşdirilməsi, kompüterin vəziyyəti və xəta baş verəndə və diaqnostika zamanı proqram haqqında məlumat, proqram təminatı quraşdırmaları və avadanlıq konfiqurasiyaları haqqında sistem və qeydiyyatla bağlı məlumatlar və səhvi izləmə faylları. Biz Dəstəklə bağlı məlumatlardan bu məxfilik bəyannaməsində təsvir olunduğu kimi istifadə edirik və əlavə olaraq ondan dəstəklə bağlı hadisəni həll etmək və təlim məqsədləri üçün istifadə edirik.
Dəstək telefon, e-poçt və ya onlayn söhbət vasitəsilə təqdim oluna bilər. Biz müvəqqəti olaraq iş masanıza doğru hərəkət etmək üçün sizin icazənizlə Uzaq Müraciətdən (UM) istifadə edə bilərik. Dəstək peşəkarları ilə telefon söhbətləri, onlayn söhbət seansları və ya Uzaq Müraciət seansları qeydə alına və/yaxud onlara nəzarət oluna bilər. UM üçün seansınızdan sonra siz yazılara da daxil ola bilərsiniz. Onlayn Söhbət və ya UM üçün siz seçiminizə uyğun olaraq seansınızı istənilən vaxt bitirə bilərsiniz.
Dəstək hadisəsindən sonra biz sizə təcrübəniz və təkliflərlə bağlı sorğu göndərə bilərik. Siz Dəstəklə əlaqə saxlamaqla və ya e-poçtun aşağı sərlövhəsi vasitəsilə Microsoft tərəfindən təqdim edilən digər kommunikasiyalardan ayrıca olan dəstək sorğularından imtina etməlisiniz.
Dəstək xidmətlərimiz vasitəsilə toplanmış şəxsi məlumatınıza nəzər salmaq və onu redaktə etmək üçün Veb formamızdan istifadə edərək bizimlə əlaqə saxlayın.
Bəzi işgüzar müştərilər geniş dəstək təkliflərini satın ala bilər (məs: Ən yeni və s.). Bu təkliflər öz əlaqə şərtləri və bildirişləri ilə əhatə olunur.
Ödəniş Məlumatı onlayn alış etdikdə təqdim etdiyiniz informasiyadır. Bura sizin ödəniş vasitənizin nömrəsi(məsələn kredit kartı, PayPal), adınız, hesab göndərmək üçün ünvanınız və ödəniş vasitəsi ilə əlaqəli təhlükəsizlik kodu (məsələn CSV və ya CVV) daxil ola bilər. Bu bölümdə ödəniş informasiyanızın toplanılması və istifadəsi ilə bağlı əlavə informasiya verilir.
Ödəniş məlumatı onlayn alış etdikdə təqdim etdiyiniz informasiyadır. Bura sizin ödəniş vasitənizin nömrəsi(məsələn kredit kartı, PayPal), adınız, hesab göndərmək üçün ünvanınız və ödəniş vasitəsi ilə əlaqəli təhlükəsizlik kodu (məsələn CSV və ya CVV) daxil ola bilər. Bu bölümdə ödəniş informasiyanızın toplanılması və istifadəsi ilə bağlı əlavə informasiya verilir.
Ödəniş məlumatı əməliyyatınızı bitirmək üçün, habelə fırılqdaqçılıq hallarını aşkar etmək və onların qarşısını almaq üçün istifadə olunur. Bu istifadə növlərinə dəstək olmaq üçün Maykrasoft sizin Ödəniş Məlumatınızı fırıldaqçılıq hallarının qarşısını almaq və kredit riskini azaltmaq üçün ödəniş əməliyyatlarını və ya digər maliyyə xidmətlərini həyata keçirən banklar və ya digər təşkilatlarla paylaşa bilər.
Maykrasoft və ya təşkilati hesabınızla daxil olarkən Ödəniş Məlumatını təqdim etdikdə biz sizə gələcək əməliyyatları tamamlamağa kömək etmək məqsədilə həmin məlumatı yadda saxlayırıq.
https://commerce.microsoft.com səhifəsindən hesabınıza daxil olmaqla siz Maykrasoft hesabınızla əlaqəli ödəniş vasitəsi olan informasiyanı yeniləyə və ya silə bilərsiz. Müştəri Xidmətləri ilə əlaqə yaradaraq siz sizin təşkilati hesabınızla əlaqəli ödəniş vasitəsi üzrə informasiyanı silə bilərsiz. Buna baxmayaraq hesabınızı bağladıqdan və ya ödənişi vasitəsini sildikdən sonra Maykrasoft özünün hüquqi və hesabatvermə tələblərinə riayət etmək məqsədilə və fırıldaqçılıq hallarını aşkar etmək və onların qarşını almaq üçün mövcud əməliyyatınızın tamamlanması üçün ağlabatan qaydada zəruri olduğu qədər sizin ödəniş vasitəsi üzrə informasiyanı saxlaya bilər.
Microsoft hesabı (əvvəllər Windows Live ID və Microsoft Passport kimi tanınan) sizin Microsoft məhsullarına, vebsaytlarına daxil olmanıza, o cümlədən Microsoft partnyorları seçmənizə imkan yaradan xidmətdir. Siz Microsoft hesabı yaradarkən, biz sizdən şəxsi məlumatınızı təqdim etməyi xahiş edirik. Siz Microsoft hesabınızdan istifadə edərək sayt və ya xidmətlərə daxil olduğunuz zaman biz sizi zərərli hesab istifadəsindən qorumaq və Microsoft hesab xidmətinin təsirliliyini və təhlükəsizliyini mühafizə etmək məqsədi ilə həmin sayt və ya xidmət adından sizin şəxsiyyətinizi təsbit etmək üçün haqqınızda müəyyən məlumatları toplayırıq. Biz həmçinin Microsoft hesabınızla daxil olduğunuz sayt və xidmətlərə müəyyən məlumatlar göndəririk.
Microsoft hesabınızla bağlı, o cümlədən Microsoft hesabı yaratmaq və ondan istifadə etmək qaydaları və Microsoft hesabı haqqında necə məlumat toplamağımız və ondan necə istifadə etdiyimiz haqqında əlavə məlumat əldə etmək istəyirsinizsə Ətraflı Oxu səhifəsinə daxil olmağınız xahiş olunur.
Microsoft hesabı (əvvəllər Windows Live ID və Microsoft Passport kimi tanınan) sizin Microsoft məhsullarına, vebsaytlarına və xidmətlərinə daxil olmanıza, o cümlədən Microsoft partnyorları seçmənizə imkan yaradan xidmətdir. Buraya aşağıdakı məhsullar, vebsaytlar və xidmətlər daxildir:
Microsoft hesabının yaradılması.
Siz burada e-poçt ünvanınız, şifrəniz və hesabınızla bağlı alternatif e-poçt ünvanı, telefon nömrəsi və məxfi sual və cavabınız kimi bir sıra digər məlumatları daxil edərək burada Microsoft hesabı yarada bilərsiniz. Biz sizin hesabınızla bağlı məlumatları yalnız təhlükəsizlik məqsədləri üçün istifadə edəcəyik, məsələn Microsoft hesabınıza daxil ola bilməyiniz və kömək istədiyiniz zaman şəxsiyyətinizin təsbit edilməsi üçün və ya Microsoft hesabınıza bağlı e-poçt ünvanınıza daxi ola bilmədiyiniz zaman şifrənizin dəyişdirilməsi zamanı. Bəzi xidmətlər əlavə təhlükəsizlik tələb edə bilər və belə hallarda, sizdən əlavə təhlükəsizlik açarı yaratmaq xahiş oluna bilər. Microsoft hesabınıza daxil olmaq üçün istifadə etdiyiniz e-poçt ünvanı və şifrə sizin bizim şəbəkəmizdə əsilliyini yoxlayacağınız identifikasiya göstəriciləriniz hesab olunur. Və son olaraq, sizin identifikasiya göstəricilərinizi və müvafiq məlumatınızı təsbit etmək üçün 64-bit-lik unikal ID nömrəsi sizin identifikasiya göstəricilərinizə təyin ediləcəkdir.
Siz Microsoft hesabı yaradarkən, biz sizdən aşağıdakı demoqrafik məlumatları təqdim etməyi də xahiş edəcəyik. cinsiyyət; ölkə; doğum tarixi və poçt indeksi. Biz doğum tarixindən qanunla tələb olunduğu kimi, uşaqların Microsoft hesabından istifadəsinə dair valideyn və ya qəyyumlarının icazəsini əldə etməsi üçün istifadə edirik. Əlavə olaraq, bu demoqrafik məlumat bizim onlayn reklam sistemlərimiz tərəfindən sizi sizin uçun faydalı olacağını hesab edə biləcəyiniz məhsul və xidmətlərin şəxsə özəl reklamları ilə təmin etmək üçün istifadə olunur, lakin bizim reklam sistemimiz heç bir zaman sizin adınızı və ya əlaqə vasitələrinizi götürmür. Başqa sözlə desək, bizim reklam sistemimiz sizin şəxsiyyətinizi birbaşa və ya şəxsən təsbit edə biləcək məlumatlar daşımırlar (məsələn adınız, e-poçt ünvanınız və telefon nömrəniz) Şəxsə özəl reklamların qəbul edilməsini dayandırmaq üçün bu səhifəyə daxil olub Microsoft hesabınız vasitəsilə üstünlüklərini qeydiyyata sala bilərsiniz, bundan sonra Microsoft hesabınızla saytlara və xidmətlərə daxil olduğunuz zaman bizim reklam xidmətlərimiz sizə şəxsə özəl reklamlar nümayiş etdirməyəcəklər. Microsoftun reklam nümayiş etdirmək üçün məlumatlardan necə istifadə etməsi haqqında əlavə məlumat üçün Microsoft Reklam Xidməti Məxfilik Əlavəsi-nə baxmağınızı xahiş edirik.
Siz Microsoft hesabınıza daxil olarkən Microsoft tərəfindən təmin olunan (live.com, hotmail.com, və ya msn.com sonluğu ilə bitən) və ya üçüncü tərəf tərəfindən təmin olunan e-poçt ünvanınızı (məsələn gmail.com və ya yahoo.com sonluğu ilə bitən) daxil edə bilərsiniz.
Microsoft hesabı yaratdığınız zaman biz sizə Microsoft hesabınızla əlaqəli e-poçt hesabıının sahibi olduğunuzu təsdiq etməniz üçün sorğu e-poçtu göndərəcəyik. Bu e-poçt ünvanının etibarlılığını yoxlamaq və onların sahiblərinin icazəsi olmadan həmin e-poçt ünvanlarından istifadə edilməsinin qarşısının alınması üçün nəzərdə tutulmuşdur. Bundan sonra biz həmin e-poçt ünvanından sizə Microsoft məhsulları və xidmətlərinizdən istifadəyə dair məlumat göndərmək üçün istifadə edəcəyik; biz sizə həmçinin Microsoft məhsulları və xidmətləri haqqında yerli qanunla icazə verilən reklam e-poçtları da göndərəcəyik. Sizin reklam e-potçlarını qəbulunuza dair əlavə məlumat əldə etmək üçün Kommunikasiyalar səhifəsinə daxil olun.
Əgər siz Microsoft Hesabı üçün qeydiyyatdan keçməyə cəhd etmisinizsə və başqa bir şəxsin sizin e-poçt ünvanınız və istifadəçi adınızla identifikasiya göstəriciləri yaratdığını aşkar etmisinizsə, bizimlə əlaqə saxlamaq və sizin e-poçt ünvanınızdan istifadə edilərək yaradılmış identifikasiya göstəricilərinin dəyişdirilməsini tələb edə bilərsiniz ki, siz öz identifikasiya göstəricilərinizi yaradan zaman, öz e-poçt ünvanınızdan istifadə edə biləsiniz.
Microsoft hesabınızla proqram təminatları, saytlar və xidmətlərə daxil olma.
Siz Microsoft hesabınızdan istifadə edərək sayt və ya xidmətlərə daxil olduğunuz zaman biz sizi zərərli hesab istifadəsindən qorumaq və Microsoft hesab xidmətinin təsirliliyini və təhlükəsizliyini mühafizə etmək məqsədi ilə həmin sayt və ya xidmət adından sizin şəxsiyyətinizi təsbit etmək üçün haqqınızda müəyyən məlumatları toplayırıq. Misal üçün, daxil olduğunuz zaman Microsoft hesabı xidməti sizin identifikasiya göstəricilərinizə təyin edilmiş 64-bit-lik unikal ID nömrəsi, İP ünvanınız, veb brauzerinizin versiyası və vaxt və tarix kimi bir sıra identifikasiya göstəricilərinizi və digər məlumatlarınızı qəbul edir və qeydiyyata salır. Bundan əlavə, Microsoft hesabından qurğuya və ya qurğunuza quraşdırılmış proqrama daxil olmaq üçün istifadə etdiyiniz zaman qurğunuza təsadüfi unikal İD nömrəsi təyin olunur; bu təsadüfi unikal İD nömrəsi Microsoft hesabınızdan istifadə edərək sayt və ya xidmətlərə daxil olduğunuz zaman identifikasiya göstəricilərinizin bir hissəsi kimi Microsoft hesabı xidmətinə göndəriləcək. Microsoft hesabı xidmətləri daxil olduğunuz sayt və ya xidmətlərə aşağıdakı məlumatları göndərir: Sayt və ya xidmətin sizin sayta təkrar yoxsa ilk dəfə daxil olan şəxs olduğunuzu təsbit etməsinə imkan verən unikal İD nömrəsi; hesabınıza təyin edilmiş versiya nömrəsi (daxil olma məlumatlarınızı ər dəfə dəyişdirdiyiniz zaman yeni nömrə təyin olunur); e-poçt ünvanınınzın təsdiq olunub olunmadığı; və e-poçt ünvanınızın deaktiv edilib-edilmədiyi.
Bundan əlavə, Microsoft hesabınızla daxil olmasına icazə verən bəzi üçüncü tərəf sayt və xidmətlər sizə öz xidmətlərini təqdim etmək üçün e-poçt ünvanınızı tələb edir. Belə olan hallarda, daxil olduğunuz zaman Microsoft şifrəniz istisna olmaqla e-poçt ünvanınızı həmin sayt və ya xidmətə göndərir. Bununla belə, siz öz identifikasiya göstəricilərinizi sayt və ya xidmətlə yaratmısınızsa onlar şifrənizin bərpa edilməsi və digər dəstək xidmətləri göstərmələri üçün sizin identifikasiya göstəricilərinizlə əlaqəli olan məlumatlara məhdud girişə malik ola bilərlər.
Əgər siz məktəb, biznes və ya hər hansı internet xidmət təminatçı kimi üçüncü tərəfdən və ya idarə edilən domeni administratoru tərəfindən hesab əldə etmisinizsə həmin üçüncü tərəf sizin hesabınızla bağlı şifrənizin bərpa edilməsi, hesabınızdan istifadə və profil məlumatlarınızın görüntülənməsi, hesabınızla bağlı kontentin görüntlənməsi və saxlanmasl və hesabınızın müvəqqəti olaraq dayandırılması ya bağlanması kimi müəyyən haqqlara sahibdir. Belə olan hallarda siz Microsoft Xidmət Müqaviləsi və istənilən əlavə istifadə qaydalarına tabesiniz. gər siz idarə edilən domenin menecerisinizsə və istifadəçilərinizi Microsoft hesabları ilə təmin edmisinizsə o zaman siz həmin hesablarda aparılan bütün fəaliyyətlərə görə cavabdehsiniz.
Xahiş edirik nəzərdə saxlayasınız ki, W, Microsoft hesabınızla daxil olmasına icazə verən bəzi sayt və xidmətlər sizin e-poçt ünvanınızı və digər şəxsi məlumatınızı onların məxfilik bəyannamələrində təsvir edildiyi qaydada istifadə edə və paylaşa bilərlər. Bununla belə onlar Microsoft hesab xidmətinin onlara təmin etdiyi unikal İD nömrəsini üçüncü tərəflərlə yalnız sizin tələb etdiyiniz xidmət və əməliyyatları həyata keçirmək üçün paylaşa bilərlər. Microsoft hesabı xidmətindən istifadə edən bütün saytlar və xidmətlərdən məxfilik bəyannaməsinin olması tələb olunur, lakin biz məxfilik təcrübələri fərqli olan saytların məxfiliyin qorunması tədbirlərini idarə edə və ya yoxlaya bilmərik. Siz hər bir saytın topladığı məlumatın istifadə edilmə qaydasını müəyyən etmək üçün daxil olduğunuz hər bir saytın məxfilik bəyannaməsini nəzərdən keçirməlisiniz.
Siz öz şəxsi məlumatınıza hesab vasitəsilə daxil ola bilərsiniz. Əgər sizin Microsoft hesabınız idarə edilən domenə məxsus deyilsə, siz öz istifadəçi adınızı dəyişə bilərsiniz. Siz hər zaman öz parolunuzu, alternativ e-poçt ünvanınızı, telefin nömrənizi, sual və məxfi cavabınızı dəyişə bilərsiniz. Siz həmçinin Hesab səhifəsinə daxil olaraq, "Hesabını Bağla" seçimi etməklə öz Microsoft hesabınızı bağlaya bilərsiniz. Əgər sizin hesabınız yuxarıda təsvir edildiyi kimi idarə edilən domendədirsə, sizin hesabınızı bağlamaq üçün xüsusi proses mövcud ola bilər. Xahiş edirik nəzərdə saxlayasınız ki, əgər siz MSN və ya Windows Live istifadəçisisinizsə, hesab səhifəsinə daxil olduğunuz zaman siz həmin saytların hesab səhifəsinə yönəldilə bilərsiniz.
Microsoft hesabı barədə əlavə məlumat almaq üçünMicrosoft hesabı vebsaytlna daxi olun .
Əlavə məlumatı buradan öyrən
Aşağıda sizə vacib görünə biləcək (və ya bilməyəcək) məxfilik haqqında əlavə məlumata baxacaqsınız. Onlardan bir çoxu sizin bilməyinizi istədiyimiz ümumi təcrübələri əks etdirir, lakin hər bir məxfilik bəyannaməmizin vurğulanmasına ehtiyac olmadığını düşünürük. Və onlardan bəziləri onsuz da açıq-aydın olanları ifadə edir (məsələn, qanunla tələb olunarsa biz məlumatları açıqlayacağıq), lakin bizim hüquqşünaslarımız istənilən halda bizi onları açıqlamağa məcbur edirlər. Nəzərdə saxlamağınızı xahiş edirik ki, bu məlumat bizim təcrübələrimizin tam təsviri deyildir - bunlar hamısı digərinə əlavə olaraq istifadə etdiyiniz hər bir Microsoft məhsulu və xidmətinin məxfilik bəyannaməsində təmin olunan daha spesifik məlumatlardır.
Bu səhifədə:
Şəxsi məlumatların paylaşılması və açıqlanması
İstifadə etdiyiniz məhsul və ya xidmət üzrə məxfilik bəyannaməsindəki hər hansı paylaşmaya əlavə olaraq, Microsoft şəxsi məlumatı aşağıdakılarla paylaşa bilər:
Biz sizin kommunikasiyalarınızın məzmunu da daxil olmaqla, haqqınızda olan məlumatı aşağıdakı məqsədlər üçün paylaşa və açıqlaya bilərik:
Nəzərdə saxlamağınızı xahiş edirik ki, bizim saytlarımızda məxfilik siyasətləri Microsoftunkundan fərqlənən üçüncü tərəflərin linkləri ola bilər. Əgər şəxsi məlumatlarınızı o saytlardan hər hansı birinə təqdim etsəniz, sizin məlumatlarınız həmin saytlardakı məxfilik bəyannamələri ilə tənzimlənəcəkdir. Daxil olduğunuz hər bir saytın məxfilik bəyannaməsini oxumağınızı tövsiyə edirik.
Şəxsi məlumatın təhlükəsizliyinin qorunması
Microsoft sizin şəxsi məlumatlarınızın təhlükəsizliyini qorumaq öhdəliyini üzərinə götürür. Biz sizin şəxsi məlumatınıza icazəsiz daxil olmalardan mühafizə etmək üçün müxtəlif növ təhlükəsizlik texnologiyalarından və proseduralarından istifadə edirik. Məsələn, biz kompüter sistemlərinə sizin tərəfinizdən təmin olunan şəxsi məlumatları girişi məhdudlaşdırılmış və nəzarət edilən qurğularda saxlayırıq. Yüksək yüksək dərəcədə məxfi məlumatı internet üzərindən ötürərkən (kredit kartı nömrəsi və ya parol), biz onu SSL (İnformasiyanın Təhlükəsizliyi) protokolu kimi şifrləmə yolu ilə mühafizə edirik.
Sizin hesablarınızın və şəxsi məlumatınızın qorunması üçün şifrədən istifadə edilirsə, onun məxfi saxlanılması sizin məsuliyyətinizdədir. Onu paylaşmayın. Əgər siz kompüteri başqa bir nəfərlə paylaşırsınızsa, məlumatınızı başqa istifadəçilərin əlinə keçməsindən mühafizə etmək üçün hər zaman saytı və ya xidməti tərk edərkən, hesabınızdan çıxın.
Məlumatların saxlandığı və emal edildiyi yer
Məlumatların saxlandığı və istifadə olunduğu yer Microsoft saytlarında və xidmətlərindən toplanan şəxsi məlumat Amerika Birləşmiş Ştatlarında və ya Microsoft və onun tabeçiliyndəki şirkətlərin və filialların fəaliyyət göstərdiyi hər hansı digər bir ölkədə saxlana və istifadə edilə bilər. Microsoft Avropa İttifaqı, Avropa İqtisadi Zonası və İsveçrədən olan məlumatların toplanması, istifadəsi və saxlanması ilə əlaqədar ABŞ Ticarət Departmentinin təsbit etdiyi ABŞ-Aİ təhlükəsiz liman konsepsiyasına və ABŞ-İsveçrə təhlükəsiz liman konsepsiyasına əməl edir. Təhlükəsiz liman programı barədə daha ətraflı məlumat almaq və sertifikasiyamızı nəzərdən keçirmək üçün xahiş edirik http://www.export.gov/safeharbor/ səhifəsinə baş çəkəsiz.
Microsoftun Təhlükəsiz liman proqramında iştirakı çərçivəsində biz sizin bizim qayda və təcrübələrimizlə bağlı olan mübahisələri həll etmək məqsədilə müstəqil üçüncü tərəf TRUSte-dən istifadə edirik. TRUSTe ilə əlaqə saxlamaq istədiyiniz halda https://feedback-form.truste.com/watchdog/request sayıtna daxil olun.
Microsoft şəxsi məlumatları bizim hüquqi öhdəliklərimizi yerinə yetirmək, mübahisələri həll etmək, xidmət göstərilməsinin zəruri olduğu hallarda müqavilələrimizi həyata keçirmək kimi bir çox səbəblərdən saxlaya bilər. Şəxsi informasiyanıza neçə çıxış əldə etməyi öyrənmək üçün İnformasiyanıza Çıxış bölməsinə baş çəkin.
Bizim məxfilik haqqında bəyannamələrimizə dəyişikliklər
Biz vaxtaşırı olaraq müştəri rəylərini və xidmətlərimizdəki dəyişiklikləri əks etdirmək üçün öz məxfilik bəyannamələrimizi yeniləyəcəyik. Bəyannamədə dəyişikliklər edərkən, biz onun başlığında "ən son yenilənmə" tarixini qeyd edəcəyik. Bəyannaməyə əsaslı dəyişikliklər edilərsə və ya Microsoftun sizin şəxsi məlumatlarınızın istifadə edilmə qaydasına dəyişiklik edilərsə, biz sizə belə dəyişikliklərin ediləcəyi barədə nəzərəçarpan bildiriş göndərəcək və ya sizə dəyişikliyi bilavasitə bildirəcəyik. Microsoftun sizin məlumatları necə qoruması barədə öyrənmək üçün sizi vaxtaşırı olaraq istifadə etdiyiniz məhsul və xidmətlər üzrə məxfilik bəyannamələrini nəzərdən keçirməyə dəvət edirik.
Bizimlə necə əlaqə saxlamalı
Microsoft Privacy, Microsoft Corporation, One Microsoft Way, Redmond, Washington 98052 USA
Ölkənizdə və ya regionunuzda Microsoft törəmə müəssisəsini tapmaq üçün http://www.microsoft.com/worldwide/ baxın.
FTC Məxfilik Təşəbbüsləri
Evdə təhlükəsizlik
Trustworthy Computing